Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.09.2026 | 13:34 | Baxılıb: 866
Bakı Təşəbbüs Qrupu (BTQ) Ümumdünya Yerli Xalqlar Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

“gece.ws” xəbər verir ki, paylaşımda 9 avqust - Ümumdünya Yerli Xalqlar Günündə biz bütün dünyadakı yerli icmaların əzmkarlığına, mədəniyyətlərinə və kimliklərinə ehtiram ifadə olunub.

“Biz Kanakinin (Yeni Kaledoniya) Kanakları, Maohi Nuinin (Fransa Polineziyası) Maohiləri, Qvadelupa və Martinikanın Kalinaqo və digər Yerli Xalqları, Fransa Qvianasının Yerli Xalqları – o cümlədən Kali'na, Vayana, Vayampi, Teko, Lokono və Palikur – eləcə də Sent-Martin, Boneyr və Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan digər ərazilərdəki yerli icmalarla həmrəylik nümayiş etdiririk”, - BTQ-dən bildirilib.

Qeyd edilib ki, onların dilləri, mədəniyyətləri və əcdadlarının torpaqları hörmətə, müdafiəyə və ədalətə layiq olan canlı irsdir: “Bu gün Bakı Təşəbbüs Qrupu qlobal dekolonizasiya gündəliyinin ayrılmaz hissəsi kimi Yerli Xalqların hüquqlarının, ləyaqətinin və öz müqəddəratını təyinetməsinin irəlilədilməsinə sadiqliyini bir daha təsdiq edir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.