Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.07.2026 | 16:13 | Baxılıb: 3418
“Tbilisidən Bakıya hərəkət edən qatara tələbat daha yüksəkdir”.

“gece.ws” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov brifinqdə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu, Azərbaycanın quru sərhədlərinin bağlı olması ilə əlaqədardır: “Xarici vətəndaşlar ölkəyə daxil olduqdan sonra Azərbaycanı müxtəlif nəqliyyat vasitələri ilə tərk edə bilsələr də, ölkəyə giriş yalnız hava və dəmir yolu nəqliyyatı ilə mümkündür. Bu səbəbdən Tbilisi-Bakı istiqamətində sərnişin axını daha çoxdur.

Hazırkı statistikaya əsasən, Tbilisidən Bakıya 6 mindən çox, Bakıdan Tbilisiyə isə 5 mindən artıq sərnişin daşınıb. Bundan əlavə, Gəncə stansiyasında da xeyli sayda minmə və enmə qeydə alınıb”.

Lamiyə Məmmədova

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.