Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.11.2025 | 08:17 | Baxılıb: 7030
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” davam etdirilir.

“gece.ws” xəbər verir ki, Xocalı rayonunun Şuşakənd kəndinə və Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, ilk mərhələdə Şuşakəndə 15 ailə - 59 nəfər, Qırmızı bazara 10 ailə, 39 nəfər köçürülüb.

Maraqlısı isə budur ki, doğma yurdlarından işgəncə və məcburiyyətlərlə çıxan ailələr bu dəfə könüllü köçürlər. Özü də həsrətlə gözlədikləri diyara...



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.