Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.04.2025 | 19:15 | Baxılıb: 1379
Fransanın paytaxtı Parisdə yerləşən “Swarovski” brendinə məxsus mağaza qarət edilib.

“gece.ws” xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Məlumata görə, oğrular mağazadan təxminən 200 min avro dəyərində zinət əşyaları və saatlar aparıblar. Hadisə gecə saatlarında baş verib. Siqnalizasiya sistemi işləməyib, mağazadakı müşahidə kameraları isə oğruları qeydə ala bilməyib.

Nəşr yazır ki, qarətdən saatlar sonra mağazanın əməkdaşı işə gələndə qapının qırıldığını, vitrinlərin sındırıldığını və məhsulların oğurlandığını aşkarlayıb.

Qeyd edək ki, bu hadisə Luvr muzeyində baş verən məşhur oğurluqdan cəmi iki həftə sonra qeydə alınıb. Belə ki, Fransada naməlum şəxslər muzeyə girərək imperator Napoleonun kolleksiyasından 9 əşya oğurlamışdılar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.