Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.10.2026 | 01:37 | Baxılıb: 3257
Daha əvvəl vətəndaşların ərzaq borclarını ödəməklə diqqət çəkən məşhur türkiyəli müğənni Çelik indi də başqa bir hərəkəti ilə gündəm olub.

“gece.ws” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çelik Samsun şəhərində zibil qablarından kağız toplayaraq çörəkpulu qazanan Serpil adlı qadına dəstək olub.

Belə ki, o, küçələrdəki zibil qablarından kağız yığıb.

Çelikin bu hərəkəti ətrafdakılar və sosial media istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. 

Məşhur müğənninin ağır şəraitdə çalışan təkrar emal işçilərinin üzləşdiyi çətinliklərə diqqət çəkdiyi bildirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.