Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu ərazilərdə 5 gün qaz olmayacaq
 
						Bu ərazilərdə 5 gün qaz olmayacaq
Əlavə olunub: 07.13.2025 | 09:31 | Baxılıb: 5286
“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” və “Qazax-Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14.07.2025-ci il tarixindən etibarən 18.07.2025-ci il tarixində işlər başa çatanadək “Şıxlı” və “Yuxarı Salahlı” ölçü qovşaqlarından, 15.07.2025-ci il tarixindən etibarən 17.07.2025-ci il tarixində işlər başa çatanadək “Ağasıbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

“gece.ws” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə bağlı Qazax rayonunun Qaymaqlı, 1-ci Şıxlı, 2-ci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin (5 gün müddətində), Samux rayonunun Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Əhmədbəyli və Sarıqaya kəndlərinin (3 üç gün müddətində) qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.