“gece.ws” verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirilən brifinqdə deyib.
E. Əmrullayev bildirib ki, bu ərazilərdə daha 6 məktəbəqədər təhsil müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.
Nazir həmçinin qeyd edib ki, növbəti tədris ilindən Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl və Kəlbəcərdə 11 ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır: “Qarabağ və Şərqi Zəngəzurda 14 məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 2 min 807 şagird, 334 heyət üzvü var”.
***
E. Əmrullayevin sözlərinə görə, yeni tədris ilindən Qarabağ Universitetində 2 mindən çox tələbə təhsil alacaq.
O bildirib ki, Qarabağ Universitetində ilk dəfə tibb ixtisası üzrə 70 nəfər, tibb bacısı (qardaşı) ixtisası üzrə 30 nəfər tələbə adını qazanıb.
Fidan Etibar