Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.02.2026 | 02:37 | Baxılıb: 2098
Bu gün Yardımlı rayonunun bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.

“gece.ws” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yardımlı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq “Yardımlı” yarımstansiyasından çıxan 10 kV-luq 8 saylı hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 09:30-dan 12:30-dək şəhər ərazisində, eləcə də, rayonun Dəlləkli, Gavran və Ostayır kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.