Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.19.2026 | 13:07 | Baxılıb: 8932
Dünya çempionatının qrup mərhələsinin ikinci turunun oyunları davam edər.

“gece.ws” xəbər verir ki, bu gün və sabaha keçən gecə bir neçə oyun baş tutacaq.

Əvvəlcə ABŞ və Avstraliya üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 23:00-da veriləcək.

Növbəti matçda isə Şotlandiya Mərakeşlə münasibətlərə aydınlıq gətirəcək. Həmin oyun saat 02:00-da başlayacaq.

Daha sonra isə Braziliya Haitini sınağa çəkəcək. Bu oyunun başlama vaxtı saat 04:30-dur.

Digər oyun isə Türkiyə və Paraqvay arasında keçiriləcək. Matç saat 07:00-da start götürəcək.

Dünya çempionatı
İkinci tur
19 iyun

23:00. ABŞ – Avstraliya

20 iyun

02:00. Şotlandiya – Mərakeş 
04:30. Braziliya – Haiti
07:00. Türkiyə - Paraqvay

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.