Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.01.2026 | 10:27 | Baxılıb: 5154
Bu gün İranda Ali Liderin seçilməsi üçün Ekspertlər Şurasının iclası keçiriləcək.

“gece.ws” xəbər verir ki bu haqda “Mehr” xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, yeni Ali lideri seçilənədək onun səlahiyyətlərini icra edəcək Müvəqqəti Rəhbərlik Şurası da formalaşdırılacaq.

Qeyd olunub ki, şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olacaq.

Bildirilir ki, Müvəqqəti Rəhbərlik Şurası yeni lider seçilənədək ali səlahiyyətləri icra edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.