Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.08.2025 | 14:19 | Baxılıb: 550
“Bu gün ürəyim fəxarət hissi ilə dolur”.

“gece.ws” xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib.

“Çünki mən burada böyük həvəslə və vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm”, - Ş.Şərif bildirib.

Pakistan Baş naziri ölkəsinin Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb:

“Torpaqlarının azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı, bundan sonra da belə olacaq”.

O deyib ki, Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.