Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu gün İstanbul derbisi var
 
						Bu gün İstanbul derbisi var
Əlavə olunub: 03.29.2025 | 13:13 | Baxılıb: 1965
Bu gün İstanbul derbisi baş tutacaq. 

“gece.ws” xəbər verir ki, Türkiyə Superliqasının 29-cu turunda “Qalatasaray” səfərdə “Beşiktaş”ın qonağı olacaq.

Görüş “Tüpraş” stadionunda Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. 

Xatırladaq ki, derbiyə əcnəbi referinin gətirilməsi ilə bağlı xəbərlər yayılmışdı. Ancaq qarşılaşmanı türkiyəli hakim Yasin Kol idarə edəcək.

Qeyd edək ki, hazırda “Qalatasaray” 71 xalla Superliqanın lideridir. “Beşiktaş” isə 44 xalla 4-cü yerdədir. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.