Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.02.2026 | 20:44 | Baxılıb: 1409
ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonla Tehran arasında sənədin yaxın günlərdə qəbul edilməsi üçün real perspektivlərin olduğunu bəyan edib.

“gece.ws” xəbər verir ki, bu barədə “C-Span” portalı məlumat yayıb.

Rubio Vaşinqtonun Tehranla yekun razılığa gəlməyə ümid etdiyini və tarixi müqavilənin bu gün, sabah və ya gələn həftə imzalana biləcəyini diqqətə çatdırıb.

Lakin bu nikbin bəyanatdan bir qədər əvvəl İran tərəfi kəskin şərt irəli sürüb. Belə ki, İslam Respublikası parlamentinin sədri Məhəmməd Baqer Qalibaf İsrailin Livana qarşı hərbi əməliyyatları dayandırmayacağı təqdirdə, rəsmi Tehranın ABŞ ilə münaqişənin nizamlanmasına dair danışıqları dərhal donduracağını bəyan edib.

Qeyd edək ki, ABŞ-nin “Axios” portalının yaydığı məlumata görə, mayın 28-də ABŞ və İran nümayəndələri 60 günlük atəşkəs və nüvə proqramı ətrafında dialoqun başlanmasını nəzərdə tutan memorandumun mətnini tam razılaşdırıblar. Hazırda sənədin yekun mətni ABŞ Prezidenti və İran rəhbərliyinin son təsdiqini gözləyir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.