Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.01.2026 | 16:49 | Baxılıb: 3768
“İsrail Silahlı Qüvvələrinin İrandakı məktəbə İsrail və ya ABŞ-nin zərbə endirməsi barədə heç bir məlumatı yoxdur”.

“gece.ws” xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun sözçüsü Nadav Şoşani deyib.

O vurğulayıb ki, həmin əraziyə İsrail və ya ABŞ-nin hücumu barədə heç nə bilmir.

Şoşani əlavə edib ki, ABŞ və İsrail bu məlumatı araşdırır, lakin İranın hesabatlarına şübhə ilə yanaşır.

Qeyd edək ki, İranın cənubundakı Hörmüzqan əyalətinin Minab rayonuna hücumdan sonra qızlar üçün ibtidai məktəbdə 148 nəfərin öldüyü bildirilirdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.