Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu il ÇL-də hansı klub nə qədər qazanıb? - Siyahı
 
						Bu il ÇL-də hansı klub nə qədər qazanıb? 
							 - Siyahı
Əlavə olunub: 04.17.2025 | 19:24 | Baxılıb: 3296
2024/25 mövsümü Çempionlar Liqasında indiyədək ən çox qazanc əldə edən klublar müəyyənləşib.

“gece.ws” xəbər verir ki, bu barədə  “Football Meets Data” məlumat yayıb.

Siyahıya PSJ başçılıq edir. Fransa çempionu 119,4 milyon avro mükafat qazanıb və bu göstərici turnirdə iştirak edən bütün klublar arasında ən yüksək nəticədir.

Mənbənin məlumatına görə, ikinci yerdə Milanın “İnter” klubu qərarlaşıb – 118,1 milyon avro. Üçüncü pillədə isə Londondan “Arsenal” gəlir – 117 milyon avro.

Cari mövsüm Çempionlar Liqasında ən çox qazanan 10 klub:

1. PSJ – 119,4 milyon avro

2. “İnter” – 118,1 milyon avro
    
3. “Arsenal” – 117 milyon avro
    
4. “Barselona” – 116,6 milyon avro
    
5. “Bavariya” – 105,9 milyon avro
    
6. “Borussiya” Dortmund – 102,2 milyon avro
    
7. “Real” Madrid – 101,8 milyon avro
    
8. “Liverpul” – 98,1 milyon avro
    
9. “Bayer” Leverkuzen – 87,1 milyon avro
    
10. “Atletiko”  – 84,9 milyon avro

Hazırda siyahıda lider olan PSJ Çempionlar Liqasının yarımfinalına yüksəlib və bu mərhələdə “Arsenal”la qarşılaşacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.