Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.13.2026 | 09:32 | Baxılıb: 1847
2026-cı ilin yanvar-mart aylarında Ermənistanı turist qismində 10 Azərbaycan vətəndaşı ziyarət edib. 

“gece.ws” xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri ölkənin Statistika Komitəsinin hesabatlarına istinadən məlumat yayıb. 

Həmin şəxslərin Ermənistanda orta hesabla 38 gün qaldıqları iddia edilir. Məlumata görə, 2025-ci ildə Azərbaycan vətəndaşlarının Ermənistana səfərləri qeydə alınmayıb.

Xatırladaq ki, bu ilin fevralında Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanda səfərdə olublar. Söhbətin məhz həmin şəxslərdən getdiyi istisna olunmur, lakin Statistika Komitəsinin məlumatlarına əsasən, onların ölkədə qalma müddətinin 38 gün olması maraq doğurub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.