“gece.ws” xəbər verir ki, AFFA İntizam Komitəsi bununla bağlı qərarını açıqlayıb.
“Cəbrayıl”la səfər matçında lökbatanlıların heyətində adları protokolda olmayan futbolçular oyuna daxil olub. Bu səbəbdən “Qaradağ Lökbatan”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Komandaya həmçinin 400 manatlıq cərimə kəsilib.
“Difai” – “Karvan” oyununun 90+3-cü dəqiqəsində “Difai” klubunun inzibatçısı Murad Şirinov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Difai” klubu 150 manat cərimə edilib.
“Difai” – “Karvan” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Difai” klubu 50 manat cərimə edilib.
“Difai” – “Karvan” görüşündə oyun günü planı pozulduğuna görə “Difai” klubu 100 manat cərimə edilib.
“Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” klubu 150 manat cərimə edilib.