Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.21.2026 | 10:52 | Baxılıb: 6864
Bakıda “Exclusive” mağazasının meneceri yeyinti ittihamı ilə həbs edilib. 

“gece.ws"in əldə etdiyi məlumata görə, Fərid Məmmədov əsasən geyim məhsulları satılan mağazada əvvəlcə satıcı, daha sonra menecer işləyib.

Müəyyən edilib ki, o, işlədiyi müddətdə satılan mallardan əldə olunan ödənişlərin bir hissəsini öz bank kartına yönləndirib. Bu üsulla 500 min manatdan çox pul mənimsəyib. 

Mağaza sahibinin şikayəti əsasında F.Məmmədov həbs edilib. Prokurorluq tərəfindən ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib.

Məhkəmədə təqsiri sübuta yetirilsə və dəymiş ziyan ödənilməsə, Fəridi 14 ilə kimi həbs cəzası gözləyir.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.