Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.20.2026 | 07:28 | Baxılıb: 1631
“Bu müharibəyə çox tezliklə son qoyacağıq”.

“gece.ws” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin bağçasında Konqres üzvləri ilə görüş zamanı deyib.

Tramp İranla danışıqların davam etdiyini və tərəflərin razılığa gəlib-gəlməyəcəyinin tezliklə məlum olacağını qeyd edib.

“Bu müharibəyə çox tezliklə son qoyacağıq. Onlar razılaşma əldə etməyə can atırlar, bu vəziyyətdən beziblər. Ümid edirəm ki, bunu gözəl şəkildə həll edəcəyik”, – deyə Tramp bildirib.

“İranın nüvə silahı əldə etməsinə heç bir halda icazə verməyəcəyik. Biz buna dözə bilmərik və dözməyəcəyik”, – deyə o əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.