Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.22.2026 | 13:46 | Baxılıb: 854
Strateji Gündəlik haqqında Birgə Bəyannamə Almaniya və Azərbaycan arasında qurulmuş möhkəm münasibətləri daha da dərinləşdirdi.

“gece.ws” xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner “X” sosial şəbəkəsindəki hesabında Birgə Bəyannaməni paylaşaraq bildirib. 

“Bu gün biz Almaniya və Azərbaycan arasındakı möhkəm münasibətləri Strateji Gündəlik haqqında Birgə Bəyannamə ilə daha da dərinləşdirdik. Biz müxtəlif sektorlarda əməkdaşlığımızın intensivləşdirilməsi üzərində işləyəcəyik, həmçinin Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərdə tarixi məqamı alqışlayırıq”, - paylaşımda deyilir.

Xatırladaq ki, iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə imzalanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.