Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.25.2026 | 14:35 | Baxılıb: 1322
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxmasından sonra İraq da təşkilatı tərk etməklə hədələyib. 

“gece.ws” xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. 

İraq tərəfi bildirib ki, əgər OPEC neft hasilatı kvotasını artırmaqla ona güzəştə getməsə, bu addımı atmalı olacaq. Bununla belə, bu ölkənin Neft Nazirliyi hələlik təşkilatın üzvlüyündən imtina etmək niyyətində olmadıqlarını açıqlayıb. 

Bu arada OPEC və onun tərəfdaşları hər bir ölkənin texniki cəhətdən öz yataqlarından nə qədər neft çıxara biləcəyini təhlil etmək qərarına gəliblər. Nəticələr bu ilin sonunda açıqlanmalıdır. 2027-ci il üçün hədəf hasilat göstəriciləri məhz bu məlumatlar əsasında müəyyən ediləcək.

Xatırladaq ki, BƏƏ mayın 1-də OPEC təşkilatını və OPEC+ sazişini tərk edib. Əbu-Dabi bu qərarın ölkənin uzunmüddətli strateji və iqtisadi strategiyasına uyğun olduğu bildirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.