Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.09.2026 | 18:38 | Baxılıb: 3076
Kosovoda müxalifətdən olan deputat parlamentdə Baş nazir Albin Kurtiyə yumurta ataraq etiraz edib.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 7-də keçirilən növbədənkənar parlament seçkilərindən sonra Kosovo Məclisi yeni sədr və müavinlərini seçmək üçün toplanıb.

Məlumata görə, iclasda çıxış edən Albin Kurti digər siyasi partiyalarla hökumətin qurulması üçün danışıqların davam etdiyini deyib.

Qeyd olunub ki, o, yeni parlament sədrliyinə namizəd təqdim etməyib və danışıqlar üçün daha çox vaxt istəyib.

Bu isə müxalifətin etirazına səbəb olub.

Bildirilib ki, “Kosovonun Gələcəyi üçün İttifaq” (AAK) partiyasının deputatı Time Kadriyay Kurtiyə yaxınlaşaraq çantasından çıxardığı yumurtaları ona atıb.

Hadisədən sonra deputatlar arasında qısa gərginlik yaşanıb və parlamentin iclası təxirə salınıb.

Qeyd edək ki, Kosovoda son 18 ay ərzində üç dəfə parlament seçkiləri keçirilib.

Ölkədə siyasi böhran davam edərsə, yenidən növbədənkənar seçkilərin keçirilməsi mümkündür.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.