Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.23.2026 | 15:25 | Baxılıb: 1556
Uqandada təhlükəli Ebola qızdırmasına daha üç yeni yoluxma halı aşkarlanıb və bununla da ölkədə ümumi yoluxma sayı beşə çatıb.

“gece.ws” xəbər verir ki, bu barədə Uqandanın Səhiyyə Nazirliyinin sosial şəbəkə hesablarında yayılan rəsmi məlumatda bildirilir.

Nazirliyin bəyanatında qeyd olunub ki, aparılan laborator analizlər nəticəsində virusa daha 3 yoluxma faktı təsdiqlənib. Onlardan ikisi ölkədə virusa ilk yoluxan şəxslə birbaşa təmasda olmuş şəxslərdir. Digər yoluxma halı isə hazırda Uqanda ərazisində olan Konqo Demokratik Respublikasının vətəndaşında müəyyən edilib.

Səhiyyə rəsmiləri virusun daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə təmasda olan digər şəxslərin müəyyənləşdirilməsi və nəzarətə götürülməsi istiqamətində təcili tədbirlərə başlayıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.