Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.23.2026 | 04:05 | Baxılıb: 1818
Fransada hökm sürən rekord isti hava dalğası faciəvi nəticələrə yol açıb. Həftəsonundan bəri sərinlənmək üçün su hövzələrinə üz tutan azı 13 nəfər boğularaq həyatını itirib.

“gece.ws” xəbər verir ki, bu barədə ölkənin Milli Mülki Təhlükəsizlik Agentliyi məlumat yayıb.

Bildirilib ki, həyatını itirənlər arasında Puatye şəhərində 17 yaşlı, Sena və Marn departamentində isə 13 yaşlı yeniyetmə də var.

Fransa Meteorologiya Xidməti ölkənin 49 departamentində ən yüksək – “qırmızı”, daha 40 departamentində isə “narıncı” təhlükə səviyyəsi elan edib.

Həddindən artıq istilərlə əlaqədar Təhsil Nazirliyinin qərarı ilə bu gün ölkə üzrə 845 məktəbdə dərslər dayandırılıb.

İsti hava meşə yanğınlarının da artmasına səbəb olub. Şer departamentinin Toşay bölgəsində baş verən yanğın nəticəsində 25 hektar əkin sahəsi yanıb. Hadisə ilə əlaqədar 44 nəfər təxliyə edilib, yanğının söndürülməsi zamanı isə 3 yanğınsöndürən yüngül xəsarət alıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.