Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.19.2026 | 21:30 | Baxılıb: 1626
Uqanda Səhiyyə Nazirliyi Ebola epidemiyası səbəbindən əl sıxma və digər təhlükəli salamlaşmaları müvəqqəti olaraq qadağan edib.

“gece.ws” xəbər verir ki, bu haqda “Nile Post” məlumat yayıb.

“Səhiyyə Nazirliyi Uqanda sərhədini keçən Konqo Demokratik Respublikası (KDR) vətəndaşlarında iki Ebola virusuna yoluxma faktı təsdiqləndikdən sonra əl sıxma və digər fiziki salamlaşmalara müvəqqəti qadağa qoyulduğunu elan edib”, - nəşr qeyd edib.

Tədbir fiziki təması azaltmaq və virusun daha da yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.