Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.20.2026 | 11:55 | Baxılıb: 712
“Qlobal Cənub QHT platforması olduqca vacibdir, çünki o, Qlobal Cənub QHT-lərinin səsini bir araya gətirir”.

“gece.ws” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Khatib deyib. 

“Biz indicə yaxşı bir müzakirə apardıq və onlar bir çox qlobal gündəlikləri, o cümlədən ən az inkişaf etmiş ölkələr, Kiçik Ada Dövlətləri, dənizə çıxışı olmayan ölkələr və orta gəlirli ölkələr üçün icmaların səsi olacaqlar. Beləliklə, biz onlarla, xüsusən də Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq üzrə Qlobal Alyansımız vasitəsilə sıx əməkdaşlıq edəcəyik”, - Dima Al-Khatib bildirib.

O, həmçinin Qlobal Cənub QHT platformasının gələcək dövrdə Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi ilə tərəfdaşlıq edəcəyini diqqətə çatdırıb.

Günel İbrahimova

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.