Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.17.2026 | 06:44 | Baxılıb: 7876
ABŞ və İran arasında danışıqlar davam etsə də, bölgədə gərginlik artmaqdadır.

“gece.ws” xəbər verir ki, hadisələr fonunda İrana məxsus sosial media hesabları İsrail Baş naziri Benyamin Netanyahunun İran xüsusi təyinatlıları tərəfindən qaçırıldığını göstərən animasiya videosu yayımlayıb.

Video tezliklə sosial mediada trend olub, eləcə də, İsrail ilə İran arasında artan gərginliyə diqqət çəkib. Təbliğat məqsədilə hazırlanmış animasiyada Netanyahunun qandallanaraq aparıldığı göstərilir.

Qeyd edək ki, bölgədə vəziyyət gərgin olaraq qalır. ABŞ regiona ikinci təyyarədaşıyan gəmi göndərib, İsrail isə İrana qarşı təhdidlərini artırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.