Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.27.2025 | 10:51 | Baxılıb: 4149
“Ermənistanda 2026-cı il üzrə büdcə layihəsi ilk dəfə sülh şəraitində qəbul edilir. Son 1 il 8 aydır ki, sərhəddə atışma səbəbindən heç bir əsgər həlak olmayıb”.

“gece.ws” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin 2026-cı il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, beləliklə, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanan razılaşma öz nəticələrini verir.

Paşinyan müzakirələr zamanı həmçinin Azərbaycana yük tranzitinə qoyulan məhdudiyyətlərin ləğv edilməsindən danışıb. O bildirib ki, bu qərar Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan üçün analoji məhdudiyyətlərin ləğv edilməsi barədə bəyanatına cavab olaraq verilib: “Biz elə bu gündən Marqara-Yexeqnadzor-Sisian-Gorus maşrutu üzrə Türkiyədən Azərbaycana və əks istiqamətdə yük avtomobillərinin tranzitini təmin etməyə hazırıq”.

O əlavə edib ki, Ermənistan hələlik bu marşrutdan istifadə edəcək, çünki oradakı yollar və nəzarət-buraxılış məntəqələri standartlara cavab verəcək səviyyədədir.

Xatırladaq ki, N.Paşinyan oktyabrın 22-də Gürcüstanda baş tutan V İpək Yolu Beynəlxalq Forumunda çıxışı zamanı da ölkələr arasında ikitərəfli tranziti təmin etməyə hazır olduqlarını bildirmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.