
“gece.ws” xəbər verir ki, raketin üzərində qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin hərəkətləri nəticəsində həlak olanların xatirəsinə həsr olunmuş yazı həkk olunub.
“Epşteyn adası qurbanlarının xatirəsinə!”, - həmin yazıda deyilir.
Xatırladaq ki, ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunan C.Epşteyn 2019-cu ildə həbsxanada ölü tapılmışdı. Bu il yanvarın sonunda Ədliyyə Departamenti “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb. Fevralın 15-də sənədlərin açıqlanması prosesi yekunlaşıb.