Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.23.2026 | 23:35 | Baxılıb: 3834
“Lion”un baş məşqçisi Paulo Fonseka FIFA-nın ABŞ Prezidenti Donald Trampa “Sülh Mükafatı” vermək qərarını sərt şəkildə pisləyib.

“gece.ws” “L'Équipe” qəzetinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis FIFA-nın bu addımını futbol adına rüsvayçılıq adlandırıb.

“Bunu görəndə nə hiss etdiyimi bilirsinizmi? Ayıbdır, çox kədərlidir. Futbol buna layiq deyil. Amerika prezidenti insanlarla maraqlanmır, o, yalnız pul haqqında düşünür”, – deyə Fonseka müsahibəsində bildirib.

Xatırladaq ki, FIFA-nın təsis etdiyi ilk “Sülh Mükafatı” 2025-ci il dekabrın 5-də Vaşinqtondakı Kennedi Mərkəzində keçirilən DÇ-2026-nın püşkatma mərasimi zamanı Donald Trampa təqdim olunub. FIFA prezidenti Canni İnfantino bu mükafatı Trampın İsrail-Qəzza atəşkəsi və digər sülh təşəbbüslərindəki rolu ilə əlaqələndirib. Mərasimdə Trampa yer kürəsini qucaqlayan dörd əlin təsvir edildiyi xüsusi heykəlcik və medal verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.