
“gece.ws” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian sosial şəbəkədəki səhifəsində bildirib.
“Gələcəkdə torpaqlarımıza bir daha hücum olmayacağına əmin olana qədər müharibəni bitirmək barədə danışmaq mənasızdır”, - o yazıb.
Pezeşkian bu məqamı Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı qaldırdığını vurğulayıb.
O qeyd edib ki, İranın Fars körfəzi ölkələri ilə münasibətlərini pozmaq üçün Yaxın Şərqdəki ABŞ hərbi bazalarından istifadəyə son qoyulmalıdır.