Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.15.2026 | 18:18 | Baxılıb: 1986
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Tayvanı müdafiə etməyə hazır olması ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

“gece.ws” xəbər verir ki, bu, onun jurnalistlərlə söhbəti zamanı baş verib.

“Mən bunu demək istəmirəm, deməyəcəyəm. Bu sualın cavabını yalnız bir nəfər bilir. Bilirsiniz, kimdir? Mən”, - Amerika lideri deyib.

Tramp həmçinin vurğulayıb ki, son danışıqları zamanı Çin Sədri Si Cinpinin oxşar sualına cavab verməkdən imtina edib.

Qeyd edək ki, Tramp bundan əvvəl Çinə səfəri zamanı Si Cinpinlə Tayvan və İran məsələlərində qarşılıqlı anlaşma əldə edə bildiyini demişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.