Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.15.2026 | 10:04 | Baxılıb: 2249
HƏMAS hərəkatının tərksilah prosesinin mart ayında başlaması planlaşdırılır.

“gece.ws” xəbər verir ki, bu haqda “Kan” televiziyası “Sülh Şurası”dakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, HƏMAS-ın tərksilahı Qəzzada yeni texnokratik hökumət işə başladıqdan və əvvəllər radikal hərəkatın əlində olan səlahiyyətləri öz üzərinə götürdükdən sonra başlayacaq.

Vurğulanır ki, Qəzzanın hərbsizləşdiriləcək ilk ərazisi Fələstin anklavının cənubundakı “Rəfah” olacaq.

Qeyd edək ki, fevralın 19-da ABŞ paytaxtında “Sülh Şurası”na üzv ölkələrin liderlərinin ilk iclasının keçirilməsi planlaşdırılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.