
“gece.ws” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.
Qeyd edilib ki, hazırda ərazidə müvafiq nişanlanma işləri aparılır. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.