Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bugünkü oyunda Çingiz İsmayılov anılacaq
 
						Bugünkü oyunda Çingiz İsmayılov anılacaq
Əlavə olunub: 03.25.2025 | 20:04 | Baxılıb: 1582
Azərbaycan milli komandasının Belarus yığması ilə bu gün “Bank Respublika Arena”da keçirəcəyi yoldaşlıq görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

“gece.ws” xəbər verir ki, sükut zamanı mərhumun şəkli stadiondakı tabloda öz əksini tapacaq.

Qeyd edək ki, oyun saat 21:45-də başlayacaq.

Xatırladaq ki, Ç. İsmayılov martın 23-ü 89 yaşında vəfat edib. Veteran futbolçu 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qoruyub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.