Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Buna görə oyuna hakimsiz çıxdılar
 
						Buna görə oyuna hakimsiz çıxdılar
Əlavə olunub: 03.28.2025 | 16:15 | Baxılıb: 1694
Niderland Həvəskarlar Liqasının komandaları - “SV BrandevoortSV De Braak Helmondda hakimsiz matç keçiriblər.

“gece.ws” “Aktif Tv”ə istinadən xəbər verir ki, hakimsiz baş tutan oyunda futbolçular qaydalara əməl edib.

İlk qayda pozuntusu 17-ci dəqiqədə aradan qaldırılıb. Oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

“De Braak”ın kapitanı Larbi Kerkaze oyundan sonra hakimsiz futbol oynamağın çətin olduğunu bildirib:

“Matçda müəyyən məqamlar olur ki, hakimə ehtiyacınız olur. Bu layihəni həyata keçirməyimiz xoşuma gəlir, amma bu, məşq matçı olması və komandaların bir-birini tanımasıdır. Proqramda vacib matç olanda hakim həlledici rol oynayır”.

Məlumata görə, təcrübə hakim-oyunçu gərginliyini azaltmaq və ədalətli oyun ruhunu gücləndirmək məqsədi daşıyıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.