Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.14.2026 | 15:27 | Baxılıb: 1865
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatının yarımfinalında bu gün Fransaya qarşı keçirəcəkləri matçdan danışıb.

“gece.ws” xəbər verir ki, o, favorit sayılmağın əhəmiyyəti olmadığını bildirib:

“Mən əvvəldən demişəm ki, insanların bizi favorit hesab edib-etməməsinin heç bir əhəmiyyəti yoxdur. Bu, oyunun nəticəsini müəyyənləşdirməyəcək və bizə əlavə təzyiq yaratmır. Fransanı çox ətraflı təhlil etmişik. Bir-birimizə qarşı dəfələrlə oynamışıq və bir-birimizi yaxşı tanıyırıq. Onların dünya səviyyəli futbolçuları var, bizim də. Mübarizələrdə üstün olmağa, oyunun təşəbbüsünü ələ almağa və öz futbol üslubumuza sadiq qalmağa çalışacağıq”.

Qeyd edək ki, Fransa – İspaniya matçı bu gün saat 23:00-da başlayacaq. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.