Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.13.2026 | 00:56 | Baxılıb: 2879
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Ankaraya rəsmi səfəri çərçivəsində keçirilən mətbuat konfransında yol verdiyi qeyri-etik hərəkət Yunanıstan ictimaiyyətində geniş rezonans doğurub.

“gece.ws xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanla birgə çıxış zamanı Baş nazirin burnunu sildiyi salfeti masanın üzərindəki rəsmi faylın içərisinə qoyması diqqətdən yayınmayıb.

Həmin anın görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq kəskin tənqid atəşinə tutulub. Xüsusilə “X” platformasında yunan istifadəçilər Mitsotakisi dövlət etikasına sığmayan davranışda ittiham ediblər.

Xatırladaq ki, səfər çərçivəsində Türkiyə ilə Yunanıstan arasında 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçirilib və tərəflər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq müqavilələri imzalanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.