Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.18.2026 | 07:43 | Baxılıb: 2681
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranda Buşehr Atom Elektrik Stansiyası kompleksinə raket zərbəsi endirildiyini, ancaq stansiyaya ziyan dəymədiyini açıqlayıb.

“gece.ws” xəbər verir ki, agentliyin direktoru Rafael Qrossi münaqişələr zamanı nüvə obyektlərinin təhlükəsizliyinə diqqət yetirilməsi və maksimum təmkin nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.

İran Atom Enerjisi Təşkilatının İctimaiyyətlə Əlaqələr Bölməsi də Buşehr kompleksinə raket zərbəsi endirildiyini təsdiqləyib. Bəyanatda stansiyanın zədələnmədiyi bildirilib və belə hücumların nüvə obyektlərinin hərbi hücumlardan toxunulmazlığı ilə bağlı beynəlxalq hüquqa zidd olduğu qeyd edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.