Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.15.2026 | 21:43 | Baxılıb: 3031
Dubay Hava Limanında çamadanında iki nadir ayı balasını keçirməyə cəhd edən qadın sərnişin saxlanılıb.

“gece.ws” xəbər verir ki, bu haqda “Paddle Your Own Kanoo” (PYOK) məlumat yayıb.

Belə ki, gömrükçülər onun baqajını skan edərkən şübhəli əşyaları görüblər və çamadanı yoxlamaya göndəriblər. Heyvanlar daha sonra çantanın içərisində mavi səbətdə aşkar edilib.

Hadisə yerinə baytar çağırılıb, lakin o, gələnə qədər balalar artıq nəfəs almırdı. Ehtimal olunur ki, ayılar təyyarənin anbarında uzun müddət dondurucu temperatura məruz qalıblar.

Qadın çamadanın içindəkilərdən xəbərsiz olduğunu və yalnız baqajın daşınması üçün pul aldığını bildirib. O saxlanılıb və nadir heyvanların qaçaqmalçılığında ittiham olunub.

Səlahiyyətlilər xatırladıblar ki, beynəlxalq müqavilələrlə qorunan növlərin daşınmasına ciddi nəzarət edilir və BƏƏ-də bu cür pozuntular ciddi cəzalara məruz qalır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.