Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.08.2026 | 01:36 | Baxılıb: 6628
ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına verdiyi müsahibəni emosional şəkildə yarımçıq dayandıraraq aparıcı Kristen Uelkeri qərəzli olmaqda ittiham edib.

“gece.ws” xəbər verir ki, Tramp iyunun 2-də Kaliforniya ştatında keçirilmiş ilkin seçkilərdən danışarkən səslərin hələ də sayıldığını qeyd edib və bu səbəbdən yerli hakimiyyəti korrupsiyada günahlandırıb.

Aparıcının bu iddialarla razılaşmaması isə Ağ Ev rəhbərini qəzəbləndirib.

O, Uelkerin bu reaksiyasına sərt cavab verərək onun tərəfkeşlik etdiyini bildirib. Tramp “NBC News”la bərabər, ölkənin digər aparıcı media nəhəngləri olan ABC, CBS və CNN telekanallarını da qeyri-obyektivlikdə ittiham edib.

Müsahibənin sonunda emosiyalarını cilovlaya bilməyən ABŞ Prezidenti:

“Gəlin bitirək, bəsdir. Təşəkkür edirəm”, – deyərək pencəyindəki mikrofonu çıxarıb və yerə atıb. Daha sonra o, studiyanı tərk edib.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.