Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.03.2026 | 18:18 | Baxılıb: 3136
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin ölkə ərazisinə endirdiyi zərbələrə görə qanlı qisas alınacağını bəyan edib.

“gece.ws” “Mizan” agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın sözçüsü, briqada generalı Əli Məhəmməd Naini deyib.

O, ABŞ və İsrailin növbəti hədəf hücumlarına hazır olmalı olduğunu bildirib.

“Cəhənnəm qapıları hər dəqiqə ABŞ və İsrail üçün daha geniş açılacaq”, – deyə qurumun sözçüsü sərt xəbərdarlıq edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin başlatdığı “Operation Epic Fury” (Epik Qəzəb) əməliyyatı nəticəsində İranın bir çox strateji mərkəzləri, o cümlədən paytaxt Tehrandakı hökumət binaları hədəf alınıb. 

Qeyd edək ki, hazırda İran tərəfi İsrailə və ABŞ-nin regiondakı 14 hərbi bazasına raket və PUA-larla intensiv cavab zərbələri endirir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.