Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.23.2026 | 19:19 | Baxılıb: 1811
Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi mədəniyyət nümunələri aşkarlanıb.

“gece.ws” xəbər verir ki, tarixi tapıntılar rayon mərkəzində “Narbağı” adlanan sahədə üzə çıxıb.

Belə ki, park salınması məqsədilə ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid dörd ədəd təsərrüfat küpü və digər əşyalar aşkar olunub.

Tapıntılarla bağlı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloqu Vəfa Mahmudovaya məlumat verilib.

Məlumat əsasında institutun nümayəndəsi əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlanılıb.

Aşkarlanan maddi mədəniyyət nümunələrinin Azərbaycan tarixinin qədim dövrləri ilə bağlı yeni və əhəmiyyətli məlumatlar ortaya çıxaracağı ehtimal olunur.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.