Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.12.2026 | 21:36 | Baxılıb: 1248
Cəlilabad rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, qəza magistral yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobili ilə mikroavtobus toqquşub. Qəza nəticəsində 2 qadın və 1 kişi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, yaralananlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.

Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.