Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.14.2026 | 20:33 | Baxılıb: 1503
İstanbulda həyata keçirilən genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində saxlanılan müğənni Cem Adrian məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

“gece.ws” Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğu tərəfindən bir neçə ağır maddə üzrə aparılan araşdırmanın bir hissəsi olaraq baş tutub.

Sözügedən cinayət işi “narkotik və ya stimullaşdırıcı maddələrin alınması, saxlanması və ya istifadəsi”, həmçinin “fahişəliyə təhrik etmə və ya buna şərait yaratma” və “narkotik istifadəsinə kömək etmə” ittihamlarını əhatə edir.

Xatırladaq ki, bundan bir neçə gün öncə İstanbulun Beşiktaş rayonunda məşhurları hədəf alan narkotik əməliyyatı çərçivəsində 2 əyləncə məkanında axtarışlar aparılmış, eləcə də aktyor İlker İnanoğlu və müğənni Cem Adrian haqqında da saxlanılma qərarı çıxarılmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.