Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.18.2026 | 13:19 | Baxılıb: 1317
Cenevrədə ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci gününə start verilib.

“gece.ws” “İnterfaks”a istinadən xəbər verir ki, təmaslar dünən olduğu kimi mətbuat üçün qapalı rejimdə keçirilir.

Xatırladaq ki, ötən gün tərəflər arasında danışıqların ilk günü idi. Rusiya nümayəndə heyətindəki mənbənin məlumatına görə, altı saat davam edən görüş çox gərgin keçib. Təmaslar həm ikitərəfli, həm də üçtərəfli formatda olub. 

***

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqlar başa çatıb.

Təmaslarda iştirak edən Rusiya nümayəndə heyəti mətbuatın suallarını cavablandırıb. 

“Cenevrədə danışıqlar çətin, lakin işgüzar keçdi”, - nümayəndə heyətinə rəhbərlik edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski danışıqları şərh edərkən bildirib.  

O, təmasların növbəti raundunun yaxın zamanda keçiriləcəyini bəyan edib. 

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.