
“gece.ws” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Çin lideri hazırda dünyada yaranmış vəziyyəti “narahat” adlandırıb.
“Birtərəfli hərəkətlərin və hegemonluğun vurduğu ziyan həddini aşıb. Cəngəllik qanunlarına qayıdış təhlükəsi var”, - o deyib.
Bundan əlavə, Si Cinpin Çin və Rusiyanın əsas maraqlar və mühüm məsələlərdə bir-birini dəstəkləməyə davam edəcəyini bəyan edib. O, iki ölkə arasında münasibətlərin nə ittifaq, nə də qarşıdurma xarakteri daşıdığını və heç bir üçüncü tərəfə qarşı yönəlmədiyini qeyd edib.