
“gece.ws” xəbər verir ki, Meksikanın Qvadalaxara şəhərində keçirilən görüşdə hesabı 59-cu dəqiqədə Çexiya millisinin futbolçusu Ladislav Kreyçi açıb.
Bununla da Avropa təmsilçisi önə keçib. Lakin Cənubi Koreya qısa müddətdə cavab verib. 68-ci dəqiqədə Hvanq Hi-Çan tarazlığı bərpa edib.
Matçın qəhrəmanı isə 80-ci dəqiqədə səhnəyə çıxıb. Hyon-Gyu O rəqib qapısına yol taparaq komandasına 2:1 hesablı qələbə qazandırıb.
Bu nəticədən sonra Cənubi Koreya hesabına ilk 3 xalı yazdırıb. Çexiya isə DÇ-yə məğlubiyyətlə başlayıb.
Qrupun növbəti turunda Cənubi Koreya ev sahibi Meksika ilə, Çexiya isə Cənubi Afrika ilə qarşılaşacaq.