Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.02.2026 | 10:45 | Baxılıb: 2758
“Çətin oyun alındı. Rəqibi təbrik edirəm. Gözəl oyun sərgilədilər. Öz futbolçularımı da təbrik edirəm. Pley-off görüşləri ağır keçir. Daha diqqətli oynamaq istədik”.

“gece.ws” xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Avropa çempionatının 1/8 finalında Qazaxıstanı məğlub etdikləri (3:2) oyundan sonra deyib.

Mütəxəssis rəqibin kobud oynadığını bildirib: “İndiyədək belə çətinlik yaşamırdıq. Rəqiblər bir-birini tanıyırlar. Gözlənilmədən qol buraxdıq. Bu da nəticəyə təsir etdi. Dəyişiklik etdik və oyunu dəyişməyi bacardıq. Rəqib kobud oynayırdı. Bunu gözləyirdik. Belə matçlar görmüşük. Buna da hazırlıqlı idik və öhdəsindən gələ bildik”.

E.Quliyev 1/4 finalda Çexiyaya qarşı keçiriləcək matçın çox çətin olacağını vurğulayıb: “Erkən final olacaq. Rəqib yaxşı və hazırlıqlı komandadır”.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.