“gece.ws” xəbər verir ki, bu barədə ČTK agentliyi partiyanın mətbuat katibi Martin Vodiçkaya istinadən məlumat yayıb.
“Andrey Babiş seçki mitinqində hücuma məruz qalıb”, - nəşr yazıb.
Agentliyin məlumatına görə, kimsə Babişin başına arxadan metal əşya ilə zərbə endirib. Bundan sonra siyasətçi xəstəxanaya gedib və orada ona tibbi yardım göstərilib.
ANO-nun deputatı Aleş Juhelkanın sözlərinə görə, Babiş rentgen müayinəsindən keçib, lakin onun vəziyyəti ilə bağlı başqa təfərrüatlar açıqlamayıb.